Gəncədə avtomobil nənə və nəvəsini vurub, ölən var

Gəncədə avtomobil nənə və nəvəsini vurub, ölən var

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 9-da saat 15 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində şəhər sakini M.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerliləri Hicran Babayevanı və onun nəvəsi 6 yaşlı F.Babazadəni vurub.

Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən aparılır.

Gununsesi.org

COMMENTS