Avropa Parlamenti Türkiyənin Liviya hökuməti ilə gördüyü işlərə müsbət baxır.
Gununsesi.org Axar.az-a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Andri Kozzolino deyib.
O bildirib ki, Türkiyənin Liviyada olması önəmli məsələdir: “Ümid edirik ki, onlar burada barışın təmin edilməsində önəmli rol oynaya bilər”.
A.Kozzolino qeyd edib ki, Liviyada baş verən böhranın səbəbkarı paytaxt Tripoliyə hücum edən Xəlifə Haftardır: “Liviyada müharibə dövrü bitib. Hər kəs dialoqa girməlidir. Böhranın bitirilməsi üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir Haftara nəsihət verməlidir. Bu dövlətlər Liviyadakı tərəflərə silah verməklə deyil, sülh əldə olunmasına zəmin yaratmaqla kömək etməlidirlər. Yəməndəki hadisələrin Liviyada təkrarlanmasını istəmirik. Avropa Birliyi Liviyada sülhün təmin edilməsinə kömək etməyə çalışır”.
COMMENTS