
Sabah Fransanın Strasburq şəhərində AŞPA-nın yaz sessiyası işinə başlayır.
Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının xəbərinə görə, sessiyada Ukraynanın Rusiya tərəfindən işğal olunan ərazilərindəki vətəndaşların durumu, xüsusilə uşaq hüquqları sahəsində vəziyyət müzakirə olunacaq.
Sessiyada Ukraynanın birinci xanımı Olena Zelenskayanın çıxışı olacaq.
Bundan başqa Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2022-ci il üzrə illik fəaliyyət hesabatını təqdim edəcək.
Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriç isə üzvlərlə adi sual vaxtını keçirəcək.
Müzakirə olunacaq digər mövzular arasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və milli konstitusiyalar, gənclər və media, beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunması daxildir.