Yəməndə döyüşlər davam edir – 3 nəfər həlak oldu

  • By arzu
  • 23 Aprel 2023 15:30

İranın dəstəklədiyi husilərin Yəməndə həyata keçirdiyi raket hücumunda biri uşaq olmaqla 3 mülki şəxs həlak olub, 9 mülki şəxs isə yaralanıb.

 

HTML tutorial

Gununsesi.ninfo xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyi SABA-nın məlumatına görə, husilər Taiz əyalətinin Mavza rayonunun Qəzlə əl-Avaşikə bölgəsindəki mülki yaşayış məntəqəsinə raket zərbəsi endirib.

Hücumda 12 yaşlı Nejva Həsən Becas və Məhəmməd əl-Hubeyşi və qardaşı Meryem əl-Hubeyşi həyatını itirib, 9 mülki şəxs yaralanıb.

Xəbərdə yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və reanimasiya şöbələrində müalicə olunduğu bildirilib.

Husilərdən insidentlə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. /APA

Gununsesi.ninfo