İran şəhərlərində Azərbaycan bayrağı qaldırılıb - İCMAL

İranda etiraz aksiyaları davam edir.

Gununsesi.info xəbər verir ki, Qərbi və Şərqi Azərbaycan, o cümlədən Təbriz, Ərdəbil, eyni zamanda, Kürdüstan, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

HTML tutorial

İran şəhərlərində fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılıb.

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” və bu kimi şüarlar səsləndirilib.

Vətəndaşlar istəklərinin həyata keçirilməsi üçün yaşıl düyün (yaşıl otları düyünləmək) adət-ənənəsinə uyğun olaraq islam respublikasını devirmək arzusu ilə təbiət qoynunda yaşıl düyünlər bağlayıblar. İnsanlar bununla xalqın azadlığına ümidlərini ifadə ediblər.

Bundan başqa, Mazandaran əyalətinin Nouşəhr şəhərində “Qadın, Həyat, Azadlıq!” şüarlarının səsləndirildiyi etiraz aksiyası zamanı İranın xüsusi xidmət orqanlarının agentləri tərəfindən öldürülən Hənane Kiyanın valideynləri İranın azadlığı və övladının qatillərinin tapılması üçün yaşıl düyün bağlayıblar.

Bundan başqa, qadınlar küçələrdə hicabsız rəqs ediblər.

Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində 7 iş yerinin lisenziyası məcburi hicab qaydalarına riayət edilmədiyi üçün ləğv olunub.

Ərdəbil əyalətindəki Heyran aşırımında etirazçılar Təbiət Günü mərasimi zamanı hökumət əleyhinə şüarlar səsləndiriblər.

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qız xalq arasında Azərbaycan rəqsi edib, hicablı qadın isə onu təbrik edib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xuzistan əyalətinin Həftqol meydanında Qaşqay türkləri 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd ediblər. Mərasimə hicablı və başı açıq qadınlar, eyni zamanda, kişilər qatılıblar.

Əhvaz şəhərinin bir qrup təqaüdçüsü və sosial təminat pensiyaçısı Xuzistanın Sosial Müdafiə Baş İdarəsi qarşısında yaşayış şəraitinin pis olmasına və onların tələblərinin nəzərə alınmamasına etiraz ediblər. Aksiyada “Təqaüdçü problemi nə vaxt həll olunacaq?”, “Bahalı inflyasiya insanların həyatının bəlasıdır” şüarları səsləndirilib.

Kürdüstan əyalətində Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim, ictimai fəal Süleyman Abdin həbsdən buraxılmasa, üzvləri Saqqız şəhərində Təhsil müəssisəsi qarşısında etiraz aksiyası keçirəcəklər.

İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi də davam edir. 22 Bəhmən adına Qız Məktəbinin şagirdləri zəhərlənib, 5 şagirdin isə vəziyyəti ağır olduğundan İmam Sulduz xəstəxanasına aparılıb.

İranlılar Böyük Britaniyanın paytaxtı Londonun Trafalqar meydanında aksiya keçiriblər. Etirazçılar “Qadın, Həyat, Azadlıq!”, “Kişi, Vətən, Abadlıq”, “İran hazırdır, Əmr ver, Şahzadə” şüarları səsləndiriblər.

 

Şəbnəm

Gununsesi.info