Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin fərmanlarını pozur -Etibar Əliyev

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aiddiyatı dövlət orqanlarının və prezidentin fərmanları pozaraq öz qurumu daxilində yeni bir elektron poçt serveri formalaşdırıb.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi saymamazlıq edərək məxsusi elektron post sistemi qurması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması ilə bağlı tender elanı keçirib. Ona görə bunu saymamazlıq adlandırıram ki, bu açıq aşkar qanunlara hörmətsizlikdir. Başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir. Nazirlik bu tenderi B2B qrup şirkəti ilə edib və 1,2 milyon manatlıq müqavilə imzalayıb”, – Əliyev bildirib.
Deputat vurğulayıb ki, nazirliyin keçirdiyi həmin tender adiyyatı dövlət qurumları tərəfindən təsdiqlənməyib.
“Buna baxmayaraq Sosial Müdafiəsi Nazirliyi öz daxilində yeni bir elektron poçt serveri formalaşdırır. Bütün bunlar açıq-aşkar 2 dövlət qurumun səlahiyyətlərini mənimsəməklə təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhlükəsizliklik sistemlərindən istifadə etməklə,prezidentin müvafiq fərmanlarını pozmaqla antiinhisar dövlət xidmətini razılığı ilə edir”, – millət vəkili çıxışında söyləyib.
Gununsesi.info