Çindən Tbilisiyə qayıdan Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə İnfeksiyon Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Tengiz Tsersvadze bildirib.
Onun sözlərinə görə, həmin şəxs Çində işləyir və bu gün axşam saatlarında tranzit uçuş vasitəsi ilə Tbilisiyə qayıdıb. Hava limanında aşağı bədən temperaturu müşahidə edilsə də ona xəstəxanaya yerləşdirilməsi məsləhət bilinib.
T.Tsersvadze qeyd edib ki, həmin şəxsdə yoluxmanın simptomları olan yüksək hərarət və pnevmaniya müşahidə olunmayıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülənlərin sayı sonuncu şəxs daxil olmaqla 4 nəfərə çatıb. Onlardan ikisinin qan nümunələri analiz üçün Almaniyaya göndərilib və cavablarının sabah açıqlanacağı bildirilir.
Gununsesi.org
COMMENTS