Salyan, Neftçala, Biləsuvar və Cəlilabad sakinlərinin nəzərinə

15.12.2022-ci il tarixində saat 17:11-də “Qaz İxrac” İdarəsindən aldığımız məlumata əsasən “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəməri üzərində aparılan təmir işləri ilə bağlı gecə-gündüz fasiləsiz gücləndirilmim iş rejimində təmir işlərin aparılmasına, texnika və əmək resurslarının cəlb olunmasına baxmayaraq nəzərdə tutulmuş işlərin 15.12.2022-ci il tarixinə yekunlaşdırılması mümkün görünmür.

Gununsesi.info “Azəriqaz”a istinadən xəbər verir ki, təmir işlərinin başa çatdırılaraq qazın boruya qoyulması və qazın nəqlinə hazırlıq işləri 16.12.2022-ci il tarixinə saat 08:00-a planlaşdırılır.

HTML tutorial

Gununsesi.info