Antarktidadan London boyda aysberq qopdu

Antarktidadakı Brant Şelfindən London ölçüsündə nəhəng aysberq qopub.

Gununsesi.info “Science Alert”ə istinadla xəbər verir ki, bu barədə Britaniya Antarktika Xidməti məlumat yayıb və vurğulayıb ki, bu, son iki ildə ikinci belə qopmadır.

HTML tutorial

Xidmət qeyd edir ki, aysberqin əmələ gəlməsi təbii prosesin nəticəsi olub və iqlim dəyişikliyi ilə bağlı deyil. Ayrılan buzun sahəsi 1550 kvadrat kilometr qiymətləndirilir.

“Bu hadisə gözlənilən idi və Brant Buz Şelfinin təbii davranışının bir hissəsidir. Bu, iqlim dəyişikliyi ilə əlaqəli deyil”, – BAS buzlaqşünası Dominic Hodgson vurğulayıb.

Alimlər ilk dəfə olaraq 10 il əvvəl şelfdə nəhəng çatlar müşahidə ediblər, ona görə də onun əmələ gəlməsi təəccüblü olmadı. Bənzər bir proses, sahəsi 1270 kvadrat kilometr olan aysberqin ayrılması ilə müşayiət olundu. Bu, təxminən bir il əvvəl baş verdi.

Britaniyanın Halley VI tədqiqat stansiyası hər gün üzən buz şelfinin vəziyyətini izləyir. Sonuncu qopma onun yanında baş verib, lakin heç bir ziyan vurmayıb. 2016-2017-ci illərdə səyyar tədqiqat bazası buzdakı çatlar onu kəsmək təhlükəsi ilə üzləşdiyi üçün təhlükəsizlik səbəbi ilə ölkəyə köçürüldü.

“Elm və əməliyyat qruplarımız buz şelfinin təhlükəsizliyini təmin etmək və Halleydə etdiyimiz elmi dəstəkləmək üçün real vaxt rejimində monitorinqini davam etdirir”, – Hodgson deyib.

Gununsesi.info