
“Avropa Şurasında Bəxtiyar Hacıyevin həbsi barədə məlumatlıdırlar və görüşlərimizdə bu haqda geniş məlumat verməyə çalışırıq”.
Bunu Gununsesi.info-ya açıqlamasında AŞ PA-nın qış sessiyasında iştirak edən hüquq müdafiəçisi Zaur Əkbər deyib.
Onun sözlərinə görə, Hacıyevin barəsində qısa məlumatlar və həbsi barədə qeydlərin yer aldığı bukletləri də AŞ PA deputatlarına paylayıblar: “AŞ PA-da hər kəs Bəxtiyar Hacıyevin qanunsuz həbsin məlumatlıdır. Çünki, Bəxtiyar Avropada tanınan bir ictimai-siyasi xadimdir. Onun həbsi ölkəmizə mənfi münasibətə səbəb olub”.