Loto hesabına milyoner olan şəxs sərvətini dağıdır - BİR ŞƏRTİ VAR

  • By admin
  • 24 Yanvar 2023 14:32

Ötən ilin sentyabr ayında Almaniyada  lotereya oynayan və 10 milyon avro qazanan Çiko ləqəbli türk Kurşat sərvətinin bir hissəsini hədiyyə edəcəyini açıqlayıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Çiko” kimi tanınan və 10 milyon avro qazandıqdan sonra ilk olaraq özünə dəbdəbəli avtomobillər alan, məşhur brendlərdən paltar və aksesuarlar alan Kürşat pulunun bir hissəsini paylayacağını bildirib.

HTML tutorial

Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild”ə danışan Kürşat “Pulumun bir hissəsini üç şanslı insana verəcəm” deyib: “Mən üç şanslı insan axtarıram. Hərəsinə 5 min, 3500 və 1500 avro verəcəm. Fevralda lotereya oynayacağam və bircə şərtim var: pulu istəyənlər pulla nə edəcəklərini mənə bildirməlidirlər”.

Dediyinə görə, milyonçu olandan sonra 15 mindən çox adamdan kömək üçün müraciətlər alıb.

 

Tərcümə:

Afət