
Stilist Anar Ağakişiyev Türkiyənin pop divası Bülent Ersoyu tamamilə dəyişib.
Gununsesi.info istinadən xəbər verir ki, bir çox dünya ulduzları ilə çalışan stilist müğənnini makiyaj edib.
Anar ifaçı ilə görüntülərini instaqramda yayımlayıb.
İzləyicilər yazıb ki, azərbaycanlı stilist etdiyi makiyajla sənətçini gəncləşdirib.
Qeyd edək ki, Ağakişiyev bir neçə gün əvvəl türkiyəli müğənni Demet Akalının da konsertində onun saç və makiyajını edib. Demetin sözügedən görünüşü də səs-küy yaratmışdı.
Gununsesi.info