
“Şuşadakı Vaqif Poeziya Günlərində qarşı tərəfə verilən əsas mesaj odur ki, Azərbaycan Qarabağa əbədi qayıdıb. Azərbaycan öz mədəniyyət paytaxtını bölgənin böyük mədəni mərkəzinə çevirəcək”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdıb:
“Azərbaycan qısa müddət ərzində Qarabağda bütün zəruri işləri görəcək. Qarabağ tez bir zamanda bölgənin ən inkişaf etmiş guşəsinə çevriləcək. Ermənilər anlamalıdırlar ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə onların yaşayış səviyyəsi indiki durumlarından qat-qat yaxşı olacaq”.
Gununsesi.info