Yüksək vəzifələrdə çalışmaq istəyənlərin nəzərinə!

On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibəyə 89 vəzifə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-a bildirilib ki, vəzifələrin 55-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 34-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında Hesablama Palatasında şöbə müdiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri və Aparat rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini kimi yüksək vəzifələr də var.

Gununsesi.info