Amerikanın ƏN YAŞLI qadını dünyasını dəyişdi – Bu cür yaşayırmış – VİDEO

Amerikanın ƏN YAŞLI qadını dünyasını dəyişdi – Bu cür yaşayırmış – VİDEO

Amerikada ölkənin ən yaşlı qadını Aleliya Mörfi 114 yaşında vəfat edib. Gununsesi.org –un məlumatına görə, bu barədə “CNN” telekanalı xəbər verib.

 

Aleliyanın qohumları onun noyabrın 23-də dünyasını dəyişdiyini deyiblər, ancaq ölüm səbəbini açıqlanmayıb. Mərhumun cənazə mərazimi gələn həftə Nyu-Yorkda keçiriləcək.

1905-ci il iyulunda Şimali Karolina ştatında doğulan Mörfi 1926-cı ildən bəri 93 il idi ki,  Nyu-Yorkda yaşayırdı. Bir müddət əvvəl 114 yaşını qeyd edən qadın uzunömürlülüyünün sirrini Allaha inamda və aktiv həyat sürməkdə gördüyünü demişdi.

Bundan sonra isə ən yaşlı amerikalı qadın adını Hester Ford daşıyacaq. O, 1905-ci ilin avqustunda anadan olub.

 

 

 

Gununsesi.org

COMMENTS