Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevan 104 səslə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinə seçilib.
O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan Səbinə Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur.
Səbinə Əliyeva YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun xanımıdır. Səbinə Əliyevanın atası Yaşar Əliyev Azərbaycanın BMT-dəki daimi təmsilçisidir.
COMMENTS