Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 29-30 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-20-ci km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Gununsesi.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Agentlik bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Gununsesi.org

 

COMMENTS