Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında narkokuryer qadınların sayı artıb.
Gununsesi.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı Lənkəranda jurnalistlər üçün təşkil edilən təlimdə bildirib.
Onun sözlərinə görə, son illər belə qadınların sayı ümumilikdə 14%-ə çatıb:
“Hətta bəzi kişilər öz qadınlarını, həyat yoldaşlarını, ana və bacılarını bu işə cəlb edirlər. Təbii ki, qadınları bu yola məcbur edirlər”.
G.Muradlı əlavə edib ki, 2019-cu ilin 10 ayı ərzində Azərbaycanda ümumilikdə 108 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb.
G. Muradlı həmçinin çıxışında Avropaya Dağlıq Qarabağ üzərindən heroin daşınması üçün də istifadə olunduğunu nəzərə çatdırıb.
COMMENTS