Kanadanın Kinqston şəhərinin yaxınlığında “Piper PA-31” təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb.
Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “CTV” telekanalı xəbər verib.
İnsident şəhər aeroportundan 5-7 kilometr araqlıqda çətinliklə gedilə bilən yerdə baş verib. Polisin məlumatına görə, təyyarənin göyərtəsində üçü uşaq olmaqla yeddi nəfər olub. Onların hamısı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS