Özcanla xanımının ayrılıq səbəbi Aslı imiş…- VİDEO

Özcanla xanımının ayrılıq səbəbi Aslı imiş…

Müğənni –aktyor Özcan Denizlə Feyza Aktanın boşanmasının səbəbkarı aktrisa Aslı Enverdir. Gununsesi.org  xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, Feyza “İstanbullu gelin” serialında rol alan cütlüyü uzun müddət qısqanıb. Ö. Denizin A. Enver barədə daim xoş sözlər deməsi, onu həmişə xanımına nümunə gətirməsi F. Aktanı qıcıqlandırıb.

O, Özcanın göstərişi ilə  Aslının tərzində geyinməyə başlayıb, saçını belə eyni rəngə boyatdırıb. Öz halından narahat olan Feyza hətta, psixoloq yanına getsə də, özünü xilas edə bilməyib. Tez-tez mübahisə edən cütlük sonda ayrılmaq barədə qərara gəlib.

Gununsesi.org

COMMENTS