Almaniya kubokunda yarımfinal və final oyunlarının tarixi məlum oldu

Almaniya kubokunda yarımfinal və final oyunlarının tarixi məlum oldu

Almaniya Futbol İttifaqı (DFB) ölkə kubokunda yarımfinal və final oyunlarının vaxtını açıqlayıb.

Gununsesi.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/2 final görüşləri 9-10 iyunda keçiriləcək.

Kubokda həlledici qarşılaşma isə iyulun 4-nə təyin olunub.

Yarımfinalda “Bavariya” evdə “Ayntraxt”la, “Saarbrükken” isə “Bayer”lə üz-üzə gələcək.

Almaniya kubokunun finalı daha əvvəl mayın 23-nə nəzərdə tutulsa da, sonradan federasiya görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdı.

Qeyd edək ki, Almaniya Bundesliqası mayın 16-da Dortmund “Borussiya” və “Şalke” arasındakı Rur derbisi ilə start götürəcək.

 

 

Gununsesi.org

COMMENTS