Türkiyədə koronavirusdan daha 55 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 55 nəfər vəfat edib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

Gununsesi.org-un xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 32722  şübhəli koronavirus testindən keçib, onlardan 1114 cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3841 nəfər ölüb, 139771  nəfər bu infeksiyaya yoluxub, 95780 nəfəri isə müalicə olunub.

Bu gün 3089 xəstə evə buraxılıb.

Fəxrəddin Qoca “tədbirlərə əməl etsək, bu xəstəliyə yoluxma sayı günlük mindən az olacaq”, deyə bildirib.

 

 

Gununsesi.org

COMMENTS