15 ildir mağarada yaşayan adam həyat hekayəsini paylaşdı- VİDEO

15 ildir mağarada yaşayan adam həyat hekayəsini paylaşdı

Türkiyənin Mərsin şəhərində 15 ildir bir mağarada yaşayan adamın həyat hekayəsi izləyənlərə duyğu dolu anlar yaşadıb. 64 yaşlı adamın bu illər ərzində həyatını becərdiyi bitkiləri sataraq davam etdirdiyi məlum olub.
Gununsesi.org moderator.az-a istinadən xəbər verir ki, “Təbiətə yaxın olan zaman insan həyatı daha gözəl olur. Mənim harada yaşadığım deyil, necə yaşadığın önəmlidir” deyən adam qocalar evində qeydiyyatda olduğunu, ancaq bitki yetişdirə bilmədiyi üçün orada qalmaq istəmədiyini söyləyib.
Mərsin Böyükşəhər Bələdiyyəsi yaşlı adamın mağarada yaşadığını öyrəndikdən sonra ehtiyaclarını ödəmək üçün yol çıxıb və istənilən zaman pulsuz ərzaq ala bilməsi üçün alış-veriş kartı ilə təmin ediblər.

 

 

 

Gununsesi.org

COMMENTS