Qubada körpünün uçması ilə bağlı RƏSMİ AÇIQLAMA –FOTOLAR

Qubada körpünün uçması ilə bağlı RƏSMİ AÇIQLAMA –

Fövqəladə Hallar Nazirliyi Quba rayonunda sel səbəbindən körpünün yararsız hala düşməsi ilə bağlı məlumat yayıb.

Gununsesi.org oxu.az-a istinadla məlumat verir ki, son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı daxil olan məlumata dərhal reaksiya verilib.

Məlumat əsasında əraziyə FHN-in aidiyyəti qurumlarının mütəxəssisləri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə baxış keçirib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada iki ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də, digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.

 

 

 

 

Gununsesi.org

COMMENTS