“Bu uydumanı kim yayıbsa bilmirəm amma yalan xəbərdir. Ramiz Mehdiyevin ölümü barədə heç bir məlumat yoxdur. Bayaqdan mənə zənglər gəlir”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İsa Həbibəyli Ramiz Mehdiyevin vəfat etməsinə dair sosial şəbəkələrdə yayılan xəbərlərə münasibətində bildirib.
Onun sözlərinə görə, ən son Mehdiyevi ötən həftənin sonu görüb və səhhətində problem hiss etməyib.
COMMENTS