”Euro Houme” yenə yandı

”Euro Houme” yenə yandı

 

Bu axşam saatlarında Bakıdakı məşhur inşaat materialları bazarı olan ”Euro Houme” yenidən yanıb.

Gununsesi.org-un xəbərinə görə, mağazalardan birində başlayan yanğın genişlənib.

Hazırda FHN-nin Yanğından Mühafizə Xidmətinin briqadası alovun söndürülməsi ilə məşğuldur.

Qeyd edək ki, bu, ”’Euro Houme”da baş verən ikinci yanğın hadisəsidir.

Bir neçə ay bundan əvvəl ticarət mərkəzində baş verən yanğında sahibkarlara yüz min manatlarla zərər dəymişdi.

Bəzi iddialarda yanğının qəsddən törədildiyi də bildirilirdi.

Gununsesi.org

 

COMMENTS