d

“Putin qiyam cəhdindən sonra hakimiyyətə nəzarəti itirib” - ŞOLTS

“Rusiya prezidenti Vladimir Putin Yevgeni Priqojinin silahlı qiyamından sonra hakimiyyətə nəzarəti qismən itirib”.

Gununsesi.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

HTML tutorial

“Bu onu göstərir ki, avtokratik strukturlarda, güc strukturlarında çatlar var və Putin heç bir halda yəhərdə o qədər möhkəm oturmur. Düşünürəm ki, o zəifləyib”, – Şolts deyib.

Kanslerin sözlərinə görə, qiyamın yatırılmasına baxmayaraq, Rusiyada vəziyyət gərgin olaraq qalır: “Rusiya nüvə dövlətidir. Buna görə də, təhlükəli vəziyyətlər yarandıqda həmişə diqqətlə baxmalıyıq və bu təhlükəli vəziyyətdir”.

 

Gununsesi.info