Ağzından və burnundan qan gələn sərnişin təyyarədə öldü

Almaniyanın “Lufthansa” aviaşirkətinin Banqkok-Münhen reysi ilə uçan və ağzından və burnundan qan” gəldiyi bildirilən Almaniya vətəndaşı təyyarədə dünyasını dəyişib. Hadisədən sonra təyyarə Banqkoka qayıdıb.

Gununsesi.info xəbər verir ki, Britaniyanın “Sky News” kanalının məlumatına görə, hadisə şahidləri Almaniya vətəndaşı olduğunu deyən 63 yaşlı kişinin Banqkokdan Münhenə uçan “Lufthansa” təyyarəsində öskürdüyünü, ağzından və burnundan çoxlu qan axdığını bildirib.

Hadisə şahidləri qeyd ediblər ki, kişi həyat yoldaşı ilə birlikdə təyyarəyə minərkən çox xəstə görünüb, çox tərləyib və nəfəs almaqda çətinlik çəkirmiş.

Sərnişinlərdən Martin Missfelder hadisədən sonra mətbuata açıqlamasında bildirib ki, təyyarə havaya qalxdıqdan və ağzından və burnundan qan gələndən az sonra adamın vəziyyəti sürətlə pisləşməyə başlayıb.

“Lufthansa” aviaşirkətinin sözçüsü bildirib ki, təyyarədə həkim tərəfindən görülən təcili və hərtərəfli ilk yardım tədbirlərinə baxmayaraq, sərnişin uçuş zamanı ölüb.

Digər tərəfdən sözügedən təyyarə hadisədən sonra 12 saat davam etməsi gözlənilən səfərin 2-ci saatı bitmədən Banqkoka dönüb.

Gununsesi.info