
Tailandda yemək və pul dilənmək üçün istismar edilən fil sahibini əzərək öldürüb.
Gununsesi.info “The Straits Times”a istinadən bildirir ki, sosial şəbəkələrdə yayımlanan videoda Taylandın şimalındakı Nakhon Savan əyalətində filin sahibini əzərək öldürdüyü anlar lentə alınıb.
Videonu lentə alan Nattaphak Piluek yerli mətbuata bildirib ki, fil, sahibi tərəfindən pul və yemək istəmək üçün istifadə olunub. Piluek bildirib ki, hadisə baş verən zaman fil qəfildən narahat olub və sahibinə hücum edib.
Digər şahid Tippavan Kavivon da iddia edib ki, fil körpəsinin əlindən alındığını hiss etdiyi üçün sahibinə hücum edib.
Mahaphot Xilasetmə və Fəlakətlərə Yardım Dərnəyinin sədri Kamrai Mokkasak məsələ ilə bağlı verdiyi açıqlamada, filin sahibinin sinəsinə basaraq ağciyərlərinin çökməsinə səbəb olduğunu bildirib.
Gununsesi.info