Ağdaşda ağır qəza: YARALILAR VAR

  • By admin
  • 31 Oktyabr 2021 14:03

Bakı-Qazax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə magistral yolun Ağdaş rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi minik avtomobili maneəyə çırpılıb. Nəticədə sürücü və iki övladı xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info