
Suraxanı rayonuda yaşayan 1967-ci il təvəllüdlü Telman Cəfərov itkin düşüb.
Gununsesi.info xəbər verir ki, onun qohumları Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, həmin şəxs evdən çıxaraq bir daha geri qayıtmayıb.
Telman Cəfərov arıq bədən quruluşludur, boyu 162 santimetrdir. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin, Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 və 050-433-49-47 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Ailəsindən saytımıza bildiriblər ki, Telman Cəfərov 2-ci qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda və fikirlərini izah etməkdə çətinlik çəkir. Ən son Xəzər rayonu, Binə qəsəbəsində görünüb. Şahidlər qeyd ediblər ki, o, ətrafa baxaraq, gedəcəyi yeri müəyyənləşdirməyə çalışıb, itkin düşdüyünü hiss edib.
Gununsesi.info