Putinin neftlə bağlı proqnozu ABŞ-ı qorxuya salıb

  • By admin
  • 31 Oktyabr 2021 14:59

Rusiya Prezidenti Vladimir Putinin neftin qiymətinin 100 dollara qədər qalxa biləcəyi ilə bağlı proqnozu ABŞ, Yaponiya və Hindistanı qorxuya salıb.

 Gununsesi.info xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.

Məqalə müəllifinin fikrincə, bu bəyanatdan sonra istehlakçı ölkələr hasilatı artırmaq üçün OPEC+ ölkələrinə son illərin ən güclü diplomatik təzyiqini göstərməyə başladılar.

“Bayden administrasiyası son yeddi ilin ən yüksək səviyyəsinə çatan benzin qiymətlərinin yüksəlməsindən daha çox narahatdır. O, həftələrdir ki, OPEC+ ölkələrini daha çox neft hasil etməyə çağırır”, – məqalədə qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə Vladimir Putin neftin qiymətinin bir barrel üçün 100 dollara qədər yüksələ biləcəyini etiraf etmişdi. Onun sözlərinə görə, Rusiya neft hasilatını məhdudlaşdırmağa çalışmır və istəyir ki, qiymətlər göyə qalxsın.

 Gununsesi.info