İranın yanacaq sistemini bu ölkələr çökdürüb

  • By admin
  • 31 Oktyabr 2021 15:12

İranın yanacaq sisteminə kiberhücumun arxasında ABŞ və İsrail dayanır.

Gununsesi.info xəbər verir ki, bu sözləri İran Mülki Müdafiə Təşkilatının rəhbəri, briqada generalı Qulam Rza Cəlali deyib.

O bildirib ki, bundan öncə dəmiryol şirkətinə, ötən həftə isə yanacaq satışı sisteminə hücumun ABŞ və İsrail tərəfindən gerçəkləşdirildiyi araşdırmalarla təsdiqlənib.

Qeyd edək ki, iyunda Buşəhr AES-ə, iyulda Dövlət Dəmiryol Şirkətinə, 27 oktyabrda isə benzin satışı sisteminə kiberhücum həyata keçirilib.

Son hücum nəticəsində benzin satışı sistemi tam çökmüş və satış dayanmışdı.

 Gununsesi.info