Mehriban Əliyeva zabitlərlə bağlı paylaşım etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan ordusunun zabitləri ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda deyilir:

“Qürur hissi! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!”.