
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşını piyada Mirzəyev Rüfəti (1983-ci il təvəllüdlü) vurub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info