İrəvan məğlubiyyətin səbəbini axtardı və “tapdı”…

  • By admin
  • 31 Oktyabr 2021 14:08

İrəvanda siyasi partiyalarin iştirakı ilə müzakirələr keçirir, tədbirin adı belədir: “İtirilmiş qələbə: Xəyanət, yoxsa savadsızlıq”.

Gununsesi.info xəbər verir ki, bu barədə fikirlərini bölüşən ReAL üzvü, tanınmış ekspert Natiq Cəfərli bəzi çıxışları izlədiyini bildirib.

“Məsələn, Respublikaçılar Partiyasının İdarə Heyəti üzvü Eduard Şarmazanov deyib ki, biz Azərbaycana məğlub ola bilməzdik, bizi ancaq “Bayraqdar” uddu. Yəni, hələ də elə düşünürlər ki, onlar qələbə qazanmalı imişlər, kimlərsə, nələrsə buna mane olub.

Son zamanlar Ermənistanda yeni hekayə quruculuğuna start veriblər – məğlubiyyətin səbəbini özlərinin yüz ildən çoxdur apardıqları mənasız, zərərli, işğalçı, miflərlə dolu davranış və siyasətlərində deyil, kimlərinsə xəyanətində, “Bayraqdar”da, Putində, Paşinyanda axtarırlar. Onları məğlub edən Qəhrəman Azərbaycan Əsgəri, xalqın qələbə arzusu, istəyi və əzmi oldu. Növbəti mərhələdə isə hərbi qələbəni diplomatik, siyasi, iqtisadi və sosial üstünlüyə çevirməliyik – bunun üçün bizə ən vacib olan element yeni mürəkkəb və effektiv idarəetmə modelidir. Zaman azdır, yaxın 2 ilə belə bir yeni sistemi mütləq təsis etməliyik…”

Gununsesi.info