Daha bir eskalator may ayında istifadəyə veriləcək

Daha bir eskalator may ayında istifadəyə veriləcək

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Gununsesi.org-a daxil olan məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Gununsesi.org

COMMENTS