V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə qızı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.
X.Kazımlı isə qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:
“Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir.”
Amma X. Kazımlı bu dəfə də “gül vurub”. DSK-dakı cədvəldə onun qızının doğrudan da “Bank Respublika”da şöbə müdiri olduğu yazılıb. Daha doğrusu, Hacı Xanhüseyn ağanın qızı Əsli xanım özü DSK-ya təqdim etdiyi sənədlərdə iş yerini belə göstərib. İndi adam qalır mat-məəəttəl, bilmirsən qosqoca Dairə Seçki Komissiyasına inanasan, yoxsa Hacı Xanhüseyn müəllimin sözlərinə…

COMMENTS