
Rusiya ABŞ-ın və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) cümə günü təcili iclasının keçirilməsini tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin sosial media səhifəsində dərc olunan bəyanatda deyilir.
“Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də fövqəladə iclasının keçirilməsini tələb edib”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Amerika və Britaniya döyüş təyyarələri gecə ərzində Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bir neçə məntəqəyə hava zərbələri endirib.
Gununsesi.info