Türkiyədə FETÖ işinə görə 445 polis vəzifəsindən uzaqlaşdırıldı

Türkiyədə FETÖ ilə əlaqədə olduğu üzə çıxan 445 polis vəzifəsindən uzaqlaşdırılıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

O bildirib ki, bu məsələdə təhlükəsizlik tədbirləri ilə bağlı bütün elektron materiallar araşdırılıb:

 

“Nəticədə FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən 445 polis vəzifəsindən uzaqlaşdırılıb. Bu şəxslərə qarşı inzibati istintaq başladılıb. Biz terror təşkilatlarına qarşı mübarizəmizi dayanmadan və tərəddüd etmədən davam etdirəcəyik”.

 

 

Gununsesi.info