
Bu gün “Müdafiə Xətti”nin həmtəsisçisi Rüfət Səfərov və Zaur Əkbər ABŞ-ın Azərbaycandakı səfirliyində olub.
Bu barədə Gununsesi.info-ya açıqlamasında Rüfət Səfərov deyib ki, yeni təyin olunmuş siyasi məsələlər üzrə müşavir Dvorak Brettlə ictimai-siyasi vəziyyət, insan haqlarının durumu və s. barədə fikir mübadiləsi aparıblar:
“Son zamanlar söz və fikir, mətbuat və məlumat azadlıqlarına inzibati orqanlar və Baş Prokurorluğun yeni repressiv səhifə açması, azad düşüncəyə görə ictimai fəalların, media mənsublarının ya inzibati həbsə, ya da cəriməyə, xəbərdarlığa məruz qalmaları müzakirə predmeti olub”.
Hüquq müdafiəçisi daha sonra deyib ki, Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və Aytən Məmmədivaya qarşı baş verən cinayətin üstünün açılmaması məsələsinə də toxunulub.
Gülnar Mənmədli
Gununsesi.info