Azərbaycanın işğalda qalan əraziləri -SİYAHI

  • By admin
  • 07 Avqust 2022 15:24

Azərbaycan ordusu 44 günlük Vətən savaşında 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın böyük hissəsini azad etsə də suverenliyimiz tam bərpa olunmayıb.

Rusiyanın ciddi müdaxiləsi nəticəsində Azərbaycan ordusu müharibəni axıradək davam etdirə bilməsə də əldə olunan razılaşmaya görə Ermənistan yerdə qalan əraziləri boşaltmalı idi.
Keçən iki ildə baş verənlər Ermənistanın 10 Noyabr razılaşmasına sadiq qalmadığını göstərir.

Gununsesi.info hazırda rus-erməni birləşmələrinin əlində qalan Azərbaycan ərazilərinin statistikasını təqdim edir:

 

1. Laçın şəhəri və rayonun bir neçə kəndi (Laçın dəhlizindən dolayı),
2. Xankəndi şəhəri,
3. Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi,
4. Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi,
5. Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi,
6. Kəlbəcərin üçdə biri, yəni 30-a yaxın kənd (Ağdərənin köhnə kəndləri)
7. Ağdamın 8 kəndi (Ağdərənin köhnə kəndləri)
8. Tərtər rayonuna aid Ağdərə şəhəri və 15-ə yaxın kənd (Ağdərənin köhnə kəndləri)
9. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi (Ermənistan ərazisindəki anklavlar və eksklavlar)
10. Ümumilikdə əvvəllər Dağlıq Qarabağ adlandırılan inzibati ərazi, orda olan yüksəkliklərlə birlikdə (Hadrut qəsəbəsi və Şuşa şəhərini çıxmaqla).

Gununsesi.info