
Ərazisindən Xarkovun mütəmadi olaraq atəşə tutulduğu Rusiya Federasiyasının Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bu gün prezident Vladimir Putinlə görüşüb.
Gununsesi.info Unian-a istinadən xəbər verir ki, bu barədə Kreml təbliğatçıları “Twitter”də məlumat yayıb.
Qubernator Putinə şokolad hədiyyə edib. Bu Rusiya prezidentini təəccübləndirib.
“Bu, Belqorod vilayətindən sizə hədiyyədir”, Qladkov Putinə deyib.
Gununsesi.info