
Radikal şiə təşkilatı “Mehdinin Qulluqçuları Birliyi” avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə qarşı aksiyası barədə açıqlama yayıb.
Gununsesi.info bildirir ki, qurumun rəsmi saytında dərc olunmuş press-relizində deyilir.
Azərbaycan hökuməti əhalinin təqib edilməsinə, dindarların şəxsi azadlıqlarının və şəxsi həyatının pozulmasına görə məsuliyyət daşıyır. Sırf müqəddəs şəxsiyyət və azadlıq rəmzi İmam Hüseynin adını yazdığına görə təhqir və təqiblərə məruz qalan bir qadının son günlərdəki təqibi son damla oldu.
“Mehdi Qulluqçuları Birliyi”bu tipli etiraz aksiyaları keçirir və dünya ictimaiyyətindən şiə xalqlarının müdafiəsi üçün təcili tədbirlər görməsini və onlara əsas dini etiqad azadlığının verilməsini tələb edir”, – sənəddə deyilir.
Gununsesi.info