
“Neftçi” futbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.
Gununsesi.info xəbər verir ki, paytaxt komandası yeni transfer üçün xüsusi videoçarx hazırlayıb.
“Ağ-qaralar” gürcüstanlı yarımmüdafiəçi Vato Arveladzeni transfer edib.
24 yaşlı oyunçu 2020-2022-ci illərdə Türkiyənin “Fatih Karagümrük” klubunda çıxış edib. 18 nömrəli forma geyinəcək yarımmüdafiəçi bu mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Gununsesi.info