Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C. Bayramov 13-cü Səfirlər Konfransında iştirak edəcək.

“Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov nazirimizin dəvəti ilə XIII Səfirlər Konfransında iştirak etmək üçün 8-9 avqust 2022-ci il tarixdə Türkiyəyə səfər edəcək. C. Bayramovun konfransda çıxış etməsi nəzərdə tutulur” – məlumatda deyilir.

Gununsesi.info