Ukrayna Rusiyanın bu hava limanını dron hücumuna məruz qoyub

  • By admin
  • 28 Avqust 2023 10:07
Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibədə daha bir uğurlu əməliyyat həyata keçirib.
Gununsesi.info-nun Ukraynanın telegram kanallarına istinadən verdiyi məlumata görə, ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatı Rusiyanın Kursk şəhərində yerləşən hərbi hava limanına dron hücumu əməliyyatı həyata keçirib.
Ukrayna mətbuatının verdiyi məlumata əsasən, Rusiyanın 4 ədəd Su-30, 1 ədəd Miq-29, S-300 HHM sisteminin radarlarına və 2 ədəd “Pantsir” sisteminə uğurlu zərbələr endirilib.
Bundan əlavə Zaporojye vilayətində USQ-nin əks-hücumu çərçivəsində irəliləmə davam edir.
Tərcümə: 
Afət Abbasova