ABŞ-dan olan 17 yaşlı sprinter Useyn Boltun rekordunu üstələdi – VİDEO

ABŞ-dan olan 17 yaşlı yüngül atlet Errion Nayton yeniyetmələr arasında 200 metr məsafəyə qaçışda müəyyənləşdirdiyi göstərici ilə Useyn Boltun yeniyetməlik dövründəki rekordunu qırıb.

Gununsesi.info “The Guardian”-a istinadən xəbər verir ki, E.Nayton 200 metr məsafəni 20,11 saniyəyə qət edib.

Qeyd olunur ki, bu distansiyada sonuncu dəfə ən yaxşı göstərici Useyn Bolta məxsus olub.

Yamaykalı 2003-cü ildə 200 metr məsafəni 20,13 saniyəyə qaçıb.

Bildirilir ki, E.Nayton Tokio Yay Olimpiya Oyunları üçün təşkil olunacaq seçmə yarışlarda da qüvvəsini sınayacaq.

Gununsesi.info