
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa MHP-nin Şuşada məktəb projesindən imtinası ilə bağlı yaranmış məsələdən danışıb.
Gununsesi.info bildirir ki, deputat baş verənləri təxribat adlandırıb:
“MHP rəhbəri Dövlət Baxçalının Şuşada məktəb inşa etdirmək təşəbbüsüylə bağlı müəyyən anlaşılmazlıq yarandı. Bundan sonra bir sıra şəxslər Türkiyə-Azərbaycan münasibətlərinə spekulyasiya salmağa çalışdılar. Ancaq cəmiyyətimiz kiçik incikliyə belə gündəmə gətirməyə imkan verməməlidir. MHP rəhbəri tərəfindən fikir səsləndirildi ki, məktəb inşa olunmayacaq, yığılan pullar geri qaytarılacaq. Hikmət Hacıyev isə açıqlama verərək bildirdi ki, məktəbin açılışı olacaq. Biz münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr bura müdaxilə edə bilməsin. Vətən Müharibəsində də gördük ki, Azərbaycanın birinci dostu Türkiyədir. Həmçinin Qarabağda Türkiyə şirkətlərinə quruculuq işlərində öncüllük verilməlidir. Buna hər hansı maneə törədən məmurlar, ünsürlər aşkara çıxarılmalıdır”.
Gununsesi.info