Çempionlar Liqasında iştirak edəcək Azərbaycan klubu müəyyənləşdi

Azərbaycanı növbəti mövsüm (2021/22) futzal üzrə Çempionlar Liqasında təmsil edəcək komanda bəllidir.

Gununsesi.info xəbər verir ki, bu, növbəti dəfə “Araz” olacaq.

Ötən mövsüm pandemiyaya görə futzal üzrə Azərbaycan çempionatı keçirilmədiyindən, ölkə çempionu müəyyənləşməyib. Lakin Azərbaycan Futzal Federasiyası ötən mövsümlük avrokuboklar üçün də millinin bazası sayılan “Araz”dan yararlandığından, bu dəfə də seçimi Naxçıvan klubu üzərində edəcək. Federasiya yaxınlarda iclas keçirərək bu məsələni rəsmiləşdirəcək və həmin klubun adını UEFA-ya təqdim edəcək.

Qeyd edək ki, iyulun 7-də Çempionlar Liqasının püşkü atılacaq. “Araz” 2021/22-ci il avrokubok mövsümünə turnirin 26-31 oktyabr tarixlərində keçiriləcək əsas mərhələsindən başlayacaq.

Xatırladaq ki, dünən AFFA İcraiyyə Komitəsi çıxardığı qərarla futzal üzrə Çempionlar Liqasında çıxış edəcək komandanı müəyyənləşdirməyi Azərbaycan Futzal Federasiyasına tapşırıb.

Gununsesi.info